Baş nazir ÜST Baş direktorunu qəbul edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə müasir dün­yanı narahat edən məsələlərin müzakirə­si üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib. Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın sə­viyyəsindən məmnunluq ifadə olunub.

Baş nazir Əli Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahat­lar barədə məlumat verib. Bildirilib ki, Pre­zident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının pri­oritet istiqamətləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasın­da əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev də iştirak edib.

XQ

Son xəbərlər