İlham Əliyevin Bakı Forumundakı çıxışı dünya mediasında

post-img

Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində olub. 

Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Fransanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qey­ri-adekvat reaksiyasını pisləməsindən ya­zıb. Sayt dövlətimizin başçısına istinadla qeyd edib: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin ya­naşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır”.

TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “Lenta.ru”, “Qazeta.ru” və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışın­da sülhə çağırışların olmasından yazıblar. 

Dövlətimizin başçısının forumun açılış mərasimindəki çıxışı İran mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin “Tas­nim”, İSNA, “Hayat”, “Donya-e-eqtesad”. “Shahrarnews” saytlarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması is­tiqamətində iş apardığı qeyd olunur. 

Prezident İlham Əliyevin çıxışı Ukray­nanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. “TCN.ua”, “Antikor”, “Yevropeyska Pravda”, “Kurs Ukraini”, “Pravda”, “Ren.tv”, “Ukr.net” və digər xə­bər saytlarında dərc olunan məqalələrdə dövlətimizin başçısının forumun açılışın­dakı çıxışında Ermənistanla sülh danışıq­larına dair fikirləri yer alıb. 

Türkiyə mediasında da Prezident İl­ham Əliyevin forumun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verilib. Ana­dolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasiyalar hazırlayıblar.

“Hürriyet” qəzetində, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Ak­şam” saytlarında dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər da­vam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb.

Prezident İlham Əliyevin forumun açı­lış mərasimindəki çıxışı, həmçinin Gür­cüstanın aparıcı informasiya portallarının, radio və televiziyalarının diqqət mərkə­zində olub. “İnterpressnews.ge”, “1tv.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge”, “radiotavisupleba.ge”, “ambebi.ge”, “newshub.ge” portallarının yaydığı mate­riallarda Azərbaycan Prezidentinin Qlobal Bakı Forumu, Ermənistanla sülh müqa­viləsinin əhəmiyyəti və imkanlarla bağlı fikirləri yer alıb.

XQ









Son xəbərlər