Nizami Gəncəvi mükafatının təqdimatı

post-img

Martın 14-də Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub. 

Tədbirə Nizami Gəncə­vi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Frey­berqa və İsmayıl Serageldin, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hik­mət Hacıyev, XI Qlobal Bakı Fo­rumunun iştirakçısı olan nüfuzlu şəxslər qatılıblar.

Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen Təhlükəsizlik Kon­fransının sabiq sədri Volfqanq İşinger Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, tədbirin təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə min­nətdarlıqlarını bildiriblər. Onlar Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlərin mü­zakirə olunduğu və onların həlli yolları ilə bağlı fikir mübadilələ­rinin aparıldığını bildiriblər. 

Onlar “Maliyyə böhranından necə çıxmalı” mövzusuna toxu­nub, mülahizələrini səsləndirib, sabitliyin qorunması üçün maliy­yə böhranının aradan qaldırılma­sının vacibliyini vurğulayıblar. 

Sonra “Nizami Gəncəvi Bey­nəlxalq mükafatı”nın 2024-cü il üzrə qaliblərinin adı açıqlanıb. Mükafata Albaniya Prezidenti Bayram Beqay, Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen Təhlükə­sizlik Konfransının sabiq sədri Volfqanq İşinger layiq görülüblər. 

Mükafatçılar təltif olun­malarından fəxr və qürur hissi keçirdiklərini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gördü­yü nəcib işlərdə ona hər zaman dəstək göstərəcəklərini vurğula­yıblar. 

XQ

Son xəbərlər