Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib

post-img

Martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı yalan və böhtan dolu qətnamə qəbul edib. Milli Məclis bu qərəzli sənədə kəskin etirazını bildirib.

Qeyd edilib ki, Avropa Parlamenti (AP) Azərbay­cana qarşı olan açıq qərəzini növbəti dəfə nümayiş etdirib. Görünən odur ki, bu təşkilat Avropa xalqla­rının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, artıq tam şəkildə erməni lobbisinin, azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələ­rin təmsilçisinə çevrilib.

Sənəddə həmçinin qeyd olunur ki, AP-nin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suve­renliyini sözdə belə olsa, tanımaqdan inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Hazırkı kampa­niya bir daha AP-nin ölkəmizə qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir.

Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, separatçılara göstərilən aşkar dəstək, Ermənistanın şərti sərhəddəki hərbi təxribat­larının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə yönəl­miş təxribatçı addımları və digər məqamlar məhz bu­nun aşkar sübutudur.

Absurd olan başqa bir məsələ isə bundan ibarət­dir ki, AP Azərbaycana qarşı bu hücumunu “sülh sa­zişinə ehtiyac” adı altında pərdələməyə cəhd edir. İki ölkə arasında sülh sazişi üzrə danışıqların aparıldı­ğı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbə” kimi xarakterizə olunmalıdır.

Milli Məclis AP rəhbərliyinə bir daha xatırladır ki, böhtançı qurumun belə “dəstəyinə” qətiyyən eh­tiyac yoxdur və tövsiyə edir ki, öz “səylərini” başqa istiqamətlərə yönəltsin.

XQ

Son xəbərlər