Ötən il xidmətdən kənar vaxt ailəsi ilə Babək rayonu ərazisində Uzunoba gölündə batmaq təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını kömək etmək istəyərkən onunla bərabər həlak olmuş polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdi. Medal və onun vəsiqəsi cəsur polis serjantının ailəsinə təqdim olunub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Neymətov medalı mərhum Vüsal Quliyevinn yeniyetmə oğluna təqdim edib. mərasimdə qeyd edilib ki, fədakar polis əməkdaşının xatirəsi daim uca tutulacaq. Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
XQ

