“İndonesia window”un baş redaktoru: Bakı konfransı islamofobiyadan əziyyət çəkənlər üçün çox faydalı olacaq

post-img

“Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın Bakıda keçiriləcəyini öyrəndiyim zaman çox vacib məsələlərə toxunulacağını anladım.

Bunu AZƏRTAC-a müsahibəsində “İndonesia window” Agentliyinin baş redaktoru Məhəmməd Antoni deyib.

Azərbaycanın İndoneziyanın səfirliyi ilə sıx təmasları olduğunu deyən Məhəmməd Antoni qeyd edib ki, bu sahədə fəaliyyət göstərən ekspertlər Bakıya gəlib konfransda iştirak etməlidirlər: “Düşünürəm ki, bu konfrans islamofobiyadan əziyyət çəkən insanların haqq səsini beynəlxalq platformalarda eşitdirmək üçün çox faydalı olacaq”.

Son xəbərlər