Türkiyəli qonaqlar Nizami Muzeyində olublar

post-img

Azərbaycanda səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub. 

Qonaqları səmimiyyətlə salamlayan muzeyin direktoru akademik Rafael Hüseynov rəhbərlik etdiyi sənət məbədi haqqında ətraflı məlumat verib, onları muzeydə saxlanan eksponatlarla yaxından tanış edib.

Muzeydəki şəraitlə tanış olan qonaqlar burada yaradılan şəraiti yüksək qiymətləndiriblər. Xüsusilə Azərbaycan və Yaxın-Orta Şərq ədəbiyyatına aid nümunələr böyük maraq doğurub. 

Axırda nümayəndə heyətinin rəhbəri Erol Özvar muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

XQ

 















Son xəbərlər