Baş Prokurorluqda bayram toplantısı

post-img

Martın 7-də Baş Prokurorluqda 8 Mart Beynəlxalq Qadınlar Günümünasibətilə tədbir keçirilib.

Baş prokuror Kamran Əli­yev qadın prokurorluq işçilə­rini, dövlət qulluqçularını və veteran xanımları bayram mü­nasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğur­lar arzu edib.

Qadınların ədalət müha­kiməsinin həyata keçirilməsi sahəsində də yüksək sədaqət və peşəkarlıq göstərdikləri, onların təcrübəli hüquqşünas və qanun keşikçiləri olmaqla yanaşı, hüquq sistemində po­zitiv dəyişikliklərin baş vermə­sində mühüm rol oynadıqları bildirilib. Hazırda prokurorluq işçisi olan qadınlardan 105 nəfərin müsabiqə yolu ilə işə qəbul edildiyi vurğulanaraq diqqətə çatdırılıb ki, onlardan 10 nəfər rəhbər vəzifədə, o cümlədən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuro­ru və 1-i rayon prokurorunun müavini vəzifəsində işləyir.

Daha sonra xidməti fəa­liyyətdə fərqlənən qadın pro­kurorluq əməkdaşlarına və veteran xanımlara mükafatlar təqdim olunub.

XQ

Son xəbərlər