38 kiloqramdan artıq narkotik vasitə götürülüb

post-img

Martın 4-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mümkün olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 6,6 kiloqrama yaxın heroindən, 27,3 kiloqramdan çox marixuanadan, 3,1 kiloqramdan çox tiryəkdən, 1 kiloqramdan çox metamfetamindən, həmçinin 5000 ədəd metadon həbindən ibarət olub.  

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər