Xankəndi şəhərində yeni silah-sursatlar aşkarlanıb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, martın 4-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 1 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 169 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

Xankəndi şəhəri ərazisində də yeni silah-sursatlar aşkar olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər