Fransada taksi sürücüləri də etiraz aksiyalarına başlayıblar

post-img

Fransız mediasının məlumatına görə, taksi sürücüləri Paris istiqamətində A13 avtomobil yolunu bağlayıblar. Bununla onlar qanunun xəstələrin tibbi təxliyyə zamanı istənilən ümumi nəqliyyat vasitəsindən istifadə etmələri, əks təqdirdə onların sosial sığortalarını itirmək təhlükəsi ilə üzləşmələrini nəzərdə tutan bəndinə etirazlarını bildiriblər. Məlumatı “Anadolu” verib.

Milli Taksi Sürücüləri Federasiyasının sədri Emmanuel Kordier bildirib ki, taksi sürücüləri yerli vaxtla saat 07.30-dan etibarən yolları bağlamağa başlayıblar. Onun sözlərinə görə, A13 şosesində keçiriləcək aksiyada 300-ə yaxın taksi sürücüsü iştirak edəcək.

Taksi sürücüləri Tuluza, Lion və Nimes şəhərlərində də bu qanuna etiraz olaraq nümayişlər keçiriblər.

Hökumət öz qərarını nəqliyyat xərclərini azaltmaq və karbon qazı emissiyalarını azaltmaq niyyəti ilə izah edir. 

 

P.ƏMİRCANOV

XQ

Dünya