Xankəndidə çoxlu narkotik və silah aşkarlanıb

post-img

Dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.  Məlumatı DİN mətbuat xidməti verib.

Digər əməliyyat tədbirləri ilə martın 2-də və 3-də ölkə ərazisində ümumi çəkisi 8,5 kiloqramdan artıq narkotik vasitə,  həmçinin 290 ədəd metadon həbi aşkar olunaraq götürülüb.   

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər