Erməni faşistləri Xocalını məzarlığa çeviriblər

post-img

Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

Qeyd olunan ərazidə həyata keçi­rilən baxış istintaq hərəkəti nəticəsində daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıq­da basdırılan insan qalıqlarının, ən azı, 13 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-in­sani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanma­ları, o cümlədən, fərdi şəkildə və mən­sub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərə­findən Əsir və itkin düşmüş, girov gö­türülmüş vətəndaşlarla əlaqədar Döv­lət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi­nin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və labo­rator müayinələrin aparılması məqsə­dilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

XQ

Son xəbərlər