“Heydər Əliyev irsi, qadın siyasəti”

post-img

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə martın 2-də “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib.

Birliyinin sədri Zərifə Qu­liyeva Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevin xatirəsini hər zaman əziz tut­duğunu, onun zəngin irsini sadiqliklə davam etdirdiyini vurğulayıb. QHT rəhbəri bil­dirib ki, Azərbaycan qadın­ları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyi­mizin daha da möhkəmlən­dirilməsi istiqamətində əzm­karlıqla çalışırlar. 

AMEA-nın vitse-pre­zidenti İradə Hüseynova ölkəmizdə qadın siyasətinin yüksək səviyyədə inkişaf etdirilməsindən məmnunluq­da danışıb və bu siyasətin müsbət nəticəsi olaraq lider, sahibkar, elm və təhsil sahə­sində uğur qazanan qadın­larımızın olduğunu diqqətə çatdırıb. 

Milli Məclisin Ailə, qa­dın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Əmək və əhalinin sosial mü­dafiə komitəsinin sədr müa­vini Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Prob­lemləri üzrə Dövlət Komitə­sinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məcli­sin deputatı Jalə Əliyeva və başqaları, Ümummilli liderin zəngin irsinin daha geniş spektrdə öyrənilməsinin va­cibliyini vurğulayaraq, Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan qadını üçün gördüyü misilsiz işlərdən da­nışıblar. 

Rəsmi hissədən sonra Zərifə Quliyevanın müəllifi olduğu “Heydər Əliyev irsi, qadın siyasəti” kitabının təq­dimatı olub. 

XQ

Son xəbərlər