Antalya Diplomatiya Forumunda panel iclas

post-img

III Antalya Diplomatiya Forumu çərçivəsində “Avrasiyada yeni əməkdaşlıq dinamikaları” mövzusunda panel iclas keçirilib. 

Panel iclasda Azərbaycan Preziden­tinin xüsusi tapşırıqlar üzrə nümayən­dəsi Elçin Əmirbəyov, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin icraçı direktoru Kairat Sarıbay, Türkiyə­nin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digərləri iştirak edib.

Panel iclasda iqlim dəyişikliyi, qlobal istiləşmə, su qaynaqlarının azalması və bu kimi təbiət hadisələrinin törətdiyi fəsadlar, Avrasiya ölkələri arasında inf­rastrukturun tranzit dəhlizlərin inkişafın­da rolu kimi mövzular müzakirə olunub. Həmçinin sessiyada terrorla mübarizə sahəsində əməkdaşlıq, gömrük işi­nin sadələşdirilməsi, qarşılıqlı ticarətin asanlaşdırılması, enerji təchizatı təh­lükəsizliyinin təmin olunması kimi möv­zulardan da danışılıb.

Forum davam edir.

Son xəbərlər