Ceyhun Bayramovun Antalya görüşləri

post-img

Martın 2-də Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb. 

Görüş zamanı Azərbaycan–ATƏT çərçivəsində həyata keçirilən əmək­daşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan–Ermə­nistan sülh prosesi müzakirə edilib. Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündə­liyində olan son proseslərdən bəhs edən nazir Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatla­rın, eləcə də həyata keçirilən son təx­ribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Azərbaycanla–ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı­nın 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzər­dən keçirilib.

***

Xarici işlər naziri Ceyhun Bay­ramov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Ceyhun Bayramov bu qurumun Türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımın­dan ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu poten­sialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Görüş zamanı nazir Türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioriteti oldu­ğunu vurğulayaraq, bu təşkilat çərçivə­sində əməkdaşlığın inkişafı üçün ölkə­mizin bərabər səylər göstərməyə hazır olduğunu qeyd edib.

***

Dünən Xarici İşlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəa­liyyət və Etimad Tədbirləri üzrə Mü­şavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə də görüşüb.

Görüşdə AQEM prosesinin qurucu üzvlərindən biri kimi Azərbaycanın qar­şılıqlı faydalı iqtisadi, sosial əməkdaşlı­ğın inkişafı, müvafiq etimad quruculuğu tədbirləri çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin, re­gional və beynəlxalq nəqliyyat, tranzit əməkdaşlığın inkişaf etdirilməsinin va­cibliyi diqqətə çatdırılıb.

***

Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov Moldova Res­publikasının Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə də görüşüb.

İki ölkə arasında çoxtərəfli platfor­malarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiyalar, ticarət, enerji, nəqliy­yat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan–Moldova Birgə Hökumət­lərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vur­ğulanıb.

***

Martın 2-də Xarici İşlər nazi­ri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qal­lager ilə də görüşüb.

Nazir Ceyhun Bayramov iki ölkə ara­sında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azər­baycanın Müqəddəs Taxt-Tacda səfir­liyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən, siyasi, mədəni, humanitar və sair sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb. 

Qarşı tərəf, eyni zamanda, postmü­naqişə dövründə bölgədə mövcud və­ziyyət, Azərbaycan və Ermənistan ara­sında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.

*** 

Martın 2-də Azərbaycan Respub­likasının Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Foru­mu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn, Lük­semburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və huma­nitar məsələlər naziri Xavier Bettel, Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, Brazi­liya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa və Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə də görüşüb.

XQ





Son xəbərlər