Füzuliyə qayıdış davam edir

post-img

Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitə­sində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. 

Füzuli şəhərindəki yeni yaşayış yerlə­rinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Bugünkü püş­katmada 139 ailə iştirak edib. Ailə tərki­binə uyğun olaraq, onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənzil təq­dim olunub. 

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaq­lar. 

XQ

Son xəbərlər