Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Fevralın 29-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 6 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 44 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ