Baş direktor: “KAAN” hərbi təyyarəsinin bir parçası Azərbaycanda istehsal olunur

post-img

“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram. İstehsalatda bacarıqlı insanlarınız var. “KAAN” beşinci nəsil hərbi təyyarəmizin bir parçası da Azərbaycanda istehsal olunur. Yəni, “KAAN”da Azərbaycandan bir parça var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil deyib.

“TUSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var. Aramızda ortaq anlaşmalar da imzalanıb. İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik. Azərbaycandakı müəssisələri də gedib gördük. Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, - deyə Baş direktor bildirib.

Qeyd edək ki, ötən ay Türkiyənin yerli istehsalı olan beşinci nəsil “KAAN” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirilib. Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.

Son xəbərlər