“Ağıllı” sırğalar üçün konsepsiya hazırlanıb

post-img

Vaşinqton Universitetinin alimləri sağlamlıq göstəricilərini toplamağa imkan verən ağıllı sırğalar üçün konsepsiya hazırlayıblar.

“Lenta.ru” xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Alimlər bildiriblər ki, ilk növbədə ci­haz istifadəçinin və ətraf mühitin tem­peraturunu qeyd edəcək. Əldə edilən məlumatlar stress, xəstəlik, idman, yemək vərdişləri və ya qadınların sağlamlıq meyllərini izləmək üçün faydalı olacaq.

Qeyd olunub ki, ağıllı sırğa­lar, adətən biləyə taxılan ağıllı saatlar və fitnes-trekerlərdən daha dəqiq həyati əlamətlər haqqında məlumat toplayır. Bunu altı könüllünün iştirak et­diyi araşdırma da təsdiqləyib.

Ağıllı sırğalar bir dəfə şarjla 28 günə qədər işləyə bilir, cihaz məlumatları “bluetooth” vasitəsilə smart­fona ötürür. 

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər