İnsan 30 yaşını keçdikdən sonra beyin yaşlanmağa başlayır və bu, özünü yaddaş problemləri ilə büruzə verir. İntellektual oyunlar məntiqin inkişafına şərait yaradır. Bura şahmat, domino, qolf oyunlarını aid etmək olar. Həmin oyunlar beyini 10 faizdən daha çox sürətlə düşünməyə vadar edir.
Beyin də təbii olaraq, digər orqanlar kimi qocalır. Lakin bu prosesi bir qədər yubatmaq mümkündür. Mütəxəssislərin fikrincə, yaşıl meyvə-tərəvəz, balqabaq tumu beyinin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olanların iş məhsuldarlığını artırır.
Yaddaş problemi yaşayanlar lobya, banan, alma və digər qidalara, karbohidratlarla zəngin məhsullara üstünlük verilməlidirlər. Yağlı balıqların istehlakı sinir sisteminə yaxşı təsir edir.
Mütəxəssislərin digər bir araşdırmasına görə, musiqi beyinə unikal formada təsir edir. Yəni, rəqs etmək, musiqi dinləmək və ya ifa etmək beyinin aktiv çalışmasına səbəb olur. Onlar bu fikri onunla izah edirlər ki, musiqi beyin hüceyrələri, onun strukturu arasında əlaqənin inkişafı üçün əvəzolunmaz vasitədir.
Z.HÜSEYNLİ
XQ