Kamran Əliyev vətəndaşlarla görüşüb

post-img

Fevralın 28-də Baş prokuror Kamran Əliyev Qaradağ Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və respublikanın digər bölgələrindən olan vətəndaşlarla görüşüb.

Görüşdə iştirak edən 36 nəfər vətəndaşın müraciətində konkret ci­nayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdı­rılması zamanı yol verilmiş qanun po­zuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilava­sitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müva­fiq göstərişlər verilib.

Görüşdən sonra baş prokuror pro­kurorluq əməkdaşlarına konkret tapşı­rıqlar verib, vətəndaşların müraciətlə­rinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorla­rın fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. 

XQ

Son xəbərlər