Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında

post-img

Ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında (UNEA-6) çıxış edib.

Bu barədə COP-29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində mə­lumat verilib. 

“COP29-un prezidenti Muxtar Babayev və komandası Nayro­bidə keçirilən UNEA-6-da 179 ölkədən olan yüksək çinli qo­naqlara qatılıb. Muxtar Babayev bəyanatında iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş çoxtərəfli səyləri vurğulayıb və Azərbay­canın Tərəflərin Konfransının uğurlu və konstruktiv keçirilmə­sinə sadiq olduğunu qeyd edib”, – paylaşımda deyilir.

Qeyd edək ki, UNEA-6 26 fevral – 1 mart tarixləri aralığın­da BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki (Keniya) baş qərargahın­da keçirilir.

Son xəbərlər