Ordubadda Vergi Ödəyicilərinə Xidmət Mərkəzi

post-img

Dünən Ordubad şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mərasimdə iştirak edib.

Səlahiyyətli nümayəndə bildirib ki, 1 il əvvəl Azərbaycan Respublikasının iqtisadiy­yat naziri ilə birlikdə Naxçıvanda sahibkarlar­la keçirilən görüşdə yerlərdə vergi ödəyiciləri üçün bu cür xidmət mərkəzlərinin qurulması­nın vacibliyi səslənmişdi. Bundan sonra ötən il Naxçıvan şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib. Bu gün isə analoji xidmətlər Ordubad və Şərur rayonla­rında təşkil olunur. Vergi Ödəyicilərinə Xid­mət Mərkəzi bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artıracaq. 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Vergi Ödəyicilərinə Xid­mət Mərkəzinin açılışının muxtar respubli­kanın biznes mühitində mühüm hadisə oldu­ğunu bildirib. O, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəf­faflığın daha da artırılmasına xidmət edəcə­yini vurğulayıb. 

Naxçıvan Muxtar Respublikası iqtisadiy­yat nazirinin müavini, nazir vəzifəsini mü­vəqqəti icra edən Abbas İsmayılov bildirib ki, mərkəzdə 9 mindən artıq vergi ödəyicisinə müvafiq istiqamətlər üzrə bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələləri­nin həllinə dəstək göstəriləcək. 

Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkə­zi ilə tanışlıq olub. 

XQ

Son xəbərlər