Keniyada COP29 müzakirəsi

post-img

Dünən COP29-un Azərbaycan üzrə “Gənclər iqlim çempionu” Leyla Həsənova Keniyada fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. Toplantını Azərbaycanın Keniyadakı səfirliyi, bu ölkənin Milli Gənclər Şurası və QHT-lər Şurası təşkil edib.

Leyla Həsənovanın Azərbaycan nü­mayəndə heyətinin tərkibində BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 6-cı iclasında iştirak etmək üçün Nayro­bi şəhərinə səfəri çərçivəsində keçirilən görüşə Keniyada fəaliyyət göstərən 30-a yaxın gənclər təşkilatının nümayəndələri, Keniya Gənclər və Keniya QHT-lər şura­larının rəsmiləri qatılıblar. 

Leyla Həsənova bildirib ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbay­canın multikultural irsi COP29-da bütün tərəfləri bir araya gətirməyə xidmət edə­cək, təkcə dövlətləri deyil, gəncləri və vətəndaş cəmiyyəti təşkilatlarını da öz ətrafında birləşdirəcək. 

Görüşdə COP29-da gənclər təşki­latlarının rolunun vacibliyi, Keniya ilə Azərbaycan arasında, eləcə də regional istiqamət üzrə birgə təşəbbüs və əmək­daşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

XQ

Son xəbərlər