Londonda COP29 müzakirəsi

post-img

Britaniya–Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Londonda Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq haqqında məlumat xarakterli tədbir keçirilib. Tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan və Britaniyadan olan iş adamları, iqlim dəyişikliyi ilə bağlı müxtəlif qurumlarda çalışan ekspertlər iştirak ediblər.

Baronessa Emma Nikolson Azərbay­canın COP29-a ev sahibliyi etməyindən böyük məmnuniyyət duyduğunu bildirib. O qeyd edib ki, belə bir tədbirin Azərbay­canda keçirilməsi çox vacibdir.

Exeter Universitetində Biznes məş­ğulluğu və innovasiyalar üzrə prorektor müavini Stuart Brokılhörst gələcək qlobal iqlim risklərindən danışıb, iqlim dəyişik­liyinə təsir edən əsas dönüm nöqtələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azər­baycan indiyəcən çoxsaylı böyük bey­nəlxalq tədbirlərə ev sahibliyi edib. Səfir Azərbaycanın COP29-un tələblərinə çox əminliklə cavab verə biləcəyini deyib.

Tədbirdə daha sonra COP29 Azər­baycan Əməliyyat Şirkətinin İdarə Heyə­tinin sədri Nərmin Carçalova, Azərbaycan Respublikasının İxracın və İnvestisiyala­rın Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qə­dirov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov çıxış edib.

XQ

Son xəbərlər