“Chevrolet” oğruları tutulub

post-img

Fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.  

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən  əvvəllər məhkum olunmuşlar E.Əliyev və R.Ələkbərov avtomobillə birlikdə saxlanılıblar.

 Fevralın 15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən “Tufan” markalı motosikleti  qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş T.Məmmədov isə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

  Hər iki faktla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər