Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb.
Türkiyənin mətbu orqanları tərəfindən yayılan informasiyalarda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə, birinci xanım Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşünə, eləcə də səfər çərçivəsində imzalanan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasına xüsusi diqqət çəkilib.
Anadolu Agentliyi dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı “Azərbaycan Prezidenti Əliyev: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Prezident Ərdoğan: Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açıldı” sərlövhələri ilə bir neçə məqalə yayımlayıb.
“TRT” və “İyirmidört” Prezident İlham Əliyevin çıxışını “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” sərlövhəsi ilə yayımlayıb, dövlətimizin başçısından sitatlar verilib. Yazılar “Türk dünyasının birləşməsi TDT-nin gücünə güc qatacaq ", “Separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur”, “Təhsildə əməkdaşlıq vurğusu” kimi altbaşlıqlarla yayımlanıb.
Məlumatlarda Azərbaycan Prezidentinin “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik.
“NTV” media şirkəti tərəfindən hazırlanana məqalədə isə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində keçirilən seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi səfərini Ankaraya edib. Iki ölkə arasında üç müqavilə imzalanıb.
İstanbul ticarət qəzeti “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” başlıqlı məqaləsində Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı olduğunu vurğuladığı, Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı hər zaman Azərbaycanın yanında olduğunu xatırlatdığı qeyd olunub.
“Ensonhaber.com” saytı isə dövlətimizin başçısının Ankaraya səfərinə dair yazısını Azərbaycan Prezidentinin söylədiyi kimi, “Türkiyə bu gün dünya çapında söz sahibidir” sərlövhəsi ilə yayımlayıb.
XQ