Baş nazirin həmkarları ilə telefon danışığı

post-img

Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova zəng edib. 

Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə tə­yin olunması münasibətilə Əli Əsədovu təbrik edib. 

Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Rusiya arasında dost­luq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymət­ləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduq­larını bildiriblər.

***

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub

Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japa­rov Azərbaycan Respublikasının Baş na­ziri Əli Əsədova telefonla zəng edib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib. 

Söhbət zamanı Azərbaycan ilə Qır­ğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub. 

Tərəflər Azərbaycan-Qırğızıstan qar­şılıqlı faydalı əməkdaşlığının inkişaf pers­pektivlərini də müzakirə ediblər.

XQ

Son xəbərlər