Xalqın təbrik məktubları

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 

Çox hörmətli, möhtərəm cənab Prezident İlham Əliyev!

Sizi “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin kolle­ktivi bu il fevralın 7-də keçirilən prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə səmimi-qəlb­dən təbrik edir.

2020-ci ildə işğal altında olan Azərbaycan tor­paqları Ali Baş Komandan kimi sizin rəhbərliyinizlə Müzəffər Ordumuz tərəfindən tam şəkildə azad edil­mişdir. Dünya hərb tarixində ilk olaraq yeni hərbistrategiya və taktikalarla qazanılan böyük Zəfər Azər­baycan tarixinin şanlı səhifələrindən birinə çevrilmiş­dir.

7 fevral prezident seçkilərində Azərbaycan xalqının böyük ruh yüksəkliyi ilə Sizə qazandırdığı Qələbə, bütövlükdə, ölkəmizin zəfəridir. Xalqımız əmindir ki, siz bütün gücünüzü və potensialınızı Azərbaycanın da­vamlı inkişafı yolunda sərf edəcəksiniz.

Hörmətli cənab Prezident!

Müstəqil və suveren Azərbaycan dövlətinin inkişafı, güclənməsi naminə fəaliyyətinizdə sizə yeni-yeni uğur­lar arzulayırıq!

Sizə dərin hörmətlə, 

Nurlan NURƏLİYEV, “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru

Son xəbərlər