Xalqın təbrik məktubları

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 

Möhtərəm cənab Prezident!

“Kapital Bank”ın kollektivi Sizi yenidən Azərbaycan Respublikasının prezidenti se­çilməyiniz münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularını çatdırır. Seçkilərdə qa­zandığınız parlaq qələbə ölkəmizdə aparılan siyasi, iqtisadi inkişafın məntiqi nəticəsi və Azərbaycan xalqının azad iradəsinin göstə­ricisidir. 

Sizin liderliyinizlə ölkəmiz böyük inkişaf yolu keçmiş, xalqımızın ən böyük arzusu – Vətənimizin bütövlüyü təmin olunmuşdur. Biz əminik ki, Sizin qələbəniz dövlətimizin inkişafına və xalqımızın rifahına yeni bir mər­hələ açacaq, Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizin beynəlxalq aləmdə imicinin möh­kəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramlar uğurla həyata keçəcək. 

Cənab Prezident, növbəti səlahiyyət müd­dətinizdə Azərbaycanın sürətli sosial-iqti­sadi inkişafı və Vətənimizin qlobal arenada daha da güclənməsi, ölkəmizin parlaq gələ­cəyi yolunda apardığınız siyasi kursda Sizə uğurlar arzu edir, yorulmaz fəaliyyətinizdə hər zaman yanınızda olduğumuzu bildirmək istəyirik. 

Hörmətlə, Fərid HÜSEYNOV,

“Kapital Bank”ın İdarə Heyətinin Sədri, Baş icraçı direktor

Son xəbərlər