İslam ölkələri jurnalistlərinin həmrəyliyi zəruridir

post-img

Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı səfiri İsam bin Saleh əl-Cuteyli mərkəzi Azərbaycanda yerləşən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasını ziyarət edib.

Assosiyasiasnın sədri, Əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Abbasov qonağa rəhbərlik etdiyi beynəlxalq qurumun yaranması və fəaliyyəti barədə məlumat verərək bildirib ki, təşkilatın əsas məqsədi islam ölkələri, eləcə də ərəb dövlətləri arasında jurnalist həmrəyliyinə nail olmaq, birbaşa informasiya mübadiləsinə dəstək verməkdir: “Biz niyə islam ölkələri haqqında Röyter, BBC, Assoşieytid Press, Frans Press kimi Qərb mənbələrinin təhriflərlə yayılan, birtərəfli, bəzən də qərəzli, islamofobiya yönlü xəbərlərini yaymalıyıq? Azərbaycan və Səudiyyə jurnalistləri ortaq mövqeləri, birgə fəaliyyətləri ilə İƏT dövlətlərindəki həmkarlarına bu sahədə yol xəritəsi hazırlayıb təqdim edə bilərlər.

Səfir İsam bin Saleh əl-Cuteyli Prezi­dent İlham Əliyevin həm mahir diplomat, güclü siyasətçi, həm də hərbi işi mükəm­məl bilən strateq kimi Qarabağı düşmən­dən təmizləyib ölkənin sərhədlərini bərpa etməsinin bütün İslam dünyasında məm­nunluq və öyünc yaratdığını söyləyib: “Azərbaycan Prezidenti Qərb dövlətləri­nin Ermənistanla birgə planlarını alt-üst etməklə beynəlxalq hüquqa hörmət gətir­di, dünya hegemonluğunun yolverilməz olduğunu təsdiqlədi”. 

Görüşdə iki ölkə jurnalistlərinin qar­şılıqlı səfərlərinin və daimi əlaqələrinin vacibliyi vurğulanıb.

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər