TBMM-nin AŞPA-ya Azərbaycanla bağlı çağırışı

post-img

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarını qınayıb. Sədrin bəyanatı Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.

“Türkiyə Böyük Millət Məclisi AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır”, - bə­yanatda deyilir.

Kurtulmuş AŞPA-nın Azərbaycanla bağ­lı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını göz­lədiyini qeyd edib. Siyasətçi xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.

XQ

Son xəbərlər