“Azərbaycanda prezident seçkiləri demokratik keçirilir”

post-img

Səsvermə prosesinin müşahidəsi göstərdi ki, Azərbaycanda prezident seçkiləri demokratik, beynəlxalq standartlar çərçivəsində keçirilir.

Bunu beynəlxalq müşahidəçi, Moldova parlamentinin üzvü, Moldova–Azərbaycan parlament dostluq qrupunun sədri Vitali Jakut deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Moldova arasında inkişaf edən münasibətləri nəzərə alaraq, Azərbaycanda prezident seçkilərinin Moldova parlamentariləri tərəfindən monitorinqi böyük əhəmiyyət kəsb edir.

Müşahidəçi sonda bildirib: “Bizim üçün burada olmaq çox vacib idi ki, Azərbaycana müəyyən qədər dəstək göstərək, eyni zamanda, proseslərin demokratik, beynəlxalq standartlar çərçivəsində aparıldığına və respublikanın demokratik inkişaf yolu ilə getdiyinə əmin olaq. İndi isə buna əmin oluruq”.

XQ

 

Son xəbərlər