“İnsanlarda bayram əhval-ruhiyyəsi var”

post-img

Mən MDB-nin müşahidəçilər missiyasının üzvüyəm. 58 saylı seçki dairəsində (Xaçmaz kənd – red.) müşahidə aparmaq üçün akkreditə olunmuşam. Səhərdən indiyədək 10 seçki məntəqəsində olmuşuq. Bütün məntəqələrdə seçici fəallığı müşahidə edilib. İnsanlarda bayram əhval-ruhiyyəsi var. Bu cür fəallıq məni çox təəccübləndirdi. 

Bunu jurnalistlərə açıqlamasında MDB-nin müşahidəçilər missiyasının üzvü Marat Krımov söyləyib.

O deyib: “Heç bir pozuntu müşahidə etməmişik. Səsvermə fəal şəkildə keçir, bayram əhval-ruhiyyəsi var. Biz bu seçki məntəqələrində səslərin hesablanması başa çatanadək və protokollar tərtib edilənədək müşahidə aparacağıq”, – deyə o əlavə edib.

XQ

 

Son xəbərlər