“Heç bir problemlə qarşılaşmamışıq”

post-img

Seçkilərin qardaş Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını diləyirəm. Biz Türk Dövlətləri Təşkilatı olaraq, Azərbaycanın dəvəti əsasında seçki prosesini müşahidə edirik. İki əsas qrupumuz Bakıda fəaliyyət göstərir. Üçüncü qrup isə Qarabağ bölgəsində seçkiləri müşahidə edir. İndiyədək seçki məntəqələrində hər hansı problemlə qarşılaşmamışıq. Seçkilər mütəşəkkil keçirilir. 

Bunu Xocalıda jurnalistlərə  açıqlamasında Türk Dövlətləri Təşkilatının nümayəndəsi Ali Çiviler söyləyib.

“Qarabağ bölgəsində, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında olmaqdan məmnunuq. Seçki günündə burada olmağın bizim üçün xüsusi önəmi var. Seçkilərin qardaş Azərbaycana xeyir gətirməsini diləyirik”, – deyə türk müşahidəçi bildirib.

XQ

 

Son xəbərlər