“Azərbaycan gənclərinin seçkiyə marağı yüksəkdir”

post-img

İtaliya parlamentindən olan müşahidəçi Andrea Di Cüzeppe Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində gənclərin yüksək fəallığını məmnunluqla qeyd edib.

Bunu italiyalı parlamentari jurnalistlərə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində apardığı müşahidələrin nəticələrinə əsasən deyib.

“Seçkilərdə fəallığın yüksək olması bizi müsbət mənada təəccübləndirdi. Səhər saatlarından fəallıq çox yüksək idi. Gənclər səsvermədə aktiv iştirak ­edirlər”, – o bildirib.

İtaliyalı parlamentari vurğulayıb ki, Azərbaycan gəncləri Avropa İttifaqı ölkələrindən fərqli olaraq seçkilərdə səsvermədə iştirak etməkdə maraqlıdırlar: “Avropada insanları səsvermə hüquqlarından istifadə etməyə razı salmaq problemlidir”.

XQ

 

Son xəbərlər