QHT-lər seçkilərdə yüksək fəallıq müşahidə edib

post-img

Seçkilərdə vətəndaş cəmiyyətini təmsil edən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva  
XQ-yə açıqlamasında bildirdi:

– Mən də vətəndaş olaraq hüququmdan istifadə edərək səsvermədə iştirak etdim. Eyni zamanda, QHT nümayəndəsi olaraq müşahidə aparıram. Abşeron rayonu və Bakı şəhərində 10-dan artıq məntəqədə olmuşam. 

Seçkilərdə fəallıq müşahidə edilir. Eyni zamanda, seçkilər yüksək səviyyədə təşkil edilib.  Hər bir vətəndaş  məntəqəyə yaxınlaşaraq seçki proseduralarını maneəsiz  keçərək, öz səsini istədiyi namizədə verir. Müşahidələrimiz bir daha göstərir ki, ölkəmizdə demokratik və şəffaf seçki mühiti hökm sürür. QHT sektorunun müşahidəçiliyi də yüksək səviyyədədir. Bu gün, təqribən, 
6 mindən çox vətəndaş cəmiyyəti təşkilatı nümayəndəsinin müşahidəçi kimi iştirakı bizi sevindirir. 

Xalqımız üçün əhəmiyyət daşıyan məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə 26 məntəqənin yaradılması və orada seçicilərin səs verməsidir. İllərdir ki, bu arzu ilə yaşamışıq. Bu gün Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş ərazilərimizdə müstəqil Azərbaycan dövləti prezidenti seçkisi keçirilməsi böyük qürur doğurur. 

XQ

 

Son xəbərlər