Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində 78 saylı Lənkəran kənd seçki dairəsinin 47 saylı seçki məntəqəsində də yüksək seçici fəallığı qeydə alınıb. Rayonun Bəliton kəndinin ən uzunömürlü sakini, 95 yaşlı Hüseyn Ağayev də bu məntəqədə səs verib.
Ağsaqqal daşınan qutuya ehtiyacı olmadığını bildirərək məntəqəyə birincilər sırasında gəlib öz seçimini edib. Suverenliyini tam bərpa etmiş, qalib Azərbaycanın yaşlı sakini kimi seçkilərdə iştirak etməkdən qürur duyduğunu deyən Hüseyn Ağayev gələcək nəsillərin, o cümlədən, nəvə-nəticə və kötücələrinin xoşbəxt gələcəyinə səs verdiyini bildirib.
Canın sağlam, arzuların çin olsun, Hüseyn baba!