“Exit-poll”: İlham Əliyev 93,9 faiz səslə liderdir

post-img

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb. 

Təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.

Nəticələr aşağıdakı kimidir: 

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev – 93,9 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev – 1,2 faiz;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 1,8 faiz; 

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa – 1,5 faiz;

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev – 0,4 faiz;

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev – 0,9 faiz;

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev – 0,3. 

XQ

 

Son xəbərlər