“Rəy” Monitorinq Mərkəzi növbədənkənar prezident seçkilərində 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib.
Bu barədə mərkəzin direktoru Rizvan Abbasov fevralın 7-də keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, “exit-poll”da mərkəzin 300-ə yaxın əməkdaşı iştirak edib.
“Exit-poll”un nəticələri belə olub:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev – 92,6 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev – 0,46 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 0,37 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa – 0,58 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev – 0,11 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev – 1,16 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev – 0,84.
XQ