Azərbaycan İstanbul turizm sərgisində

post-img

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2024”) nümayiş etdirilir.

Fevralın 9-dək davam edəcək sər­gi çərçivəsində milli stenddə 6 turizm şirkəti, 2 hotel qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur. Sər­gidə ziyarətçilərə ölkəmizin turizm mə­kanları, qastroturizm, şərabçılıq, qış turizmi imkanları, dağ-xizək mərkəzlə­ri, UNESCO-nun Ümumdünya İrs Si­yahısına daxil edilmiş “Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri haqqın­da geniş məlumat verilir. 

Qeyd edək ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il Türkiyədən ölkə­mizə 378 min 204 nəfər ziyarətçi gəlib.

FİDAN
XQ

Son xəbərlər