Əksər yerlər yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə bəzi şəhərətrafı əra­zilərdə qısamüddətli az yağıntılı ola­cağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 3-6°, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi nor­madan yuxarı 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. 

Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ara­bir güclənəcək. Havanın temperaturu gecə 0-5° , gündüz 13-18° isti, dağlar­da gecə 2-7° şaxta, gündüz 1° şaxta­dan 4°-dək isti olacaq. 

Q. QASIMOV
XQ

 

Ekologiya