Ət: hansı, necə, nə qədər?

post-img

Ət zülal mənbəyidir, eləcə də qanın elementlərini formalaşdırır. Bir çoxları qida qəbulunda əti balıq və toyuqla əvəz edir. Həkim dietoloq Natalya Denisova bildirib ki, insanın kifayət qədər ət yeməməsi sümük, əzələ sıxlığı və çəkisinin azalmasına səbəb olur, qan azlığına gətirib çıxarır. Nəticədə, ürək-damar, dayaq-hərəkət, sidik sistemində problemlər yaranır. 

Mütəxəssislərin fikrincə, az ət yemək hətta onkoloji xəstəliklərə də səbəb olur, çünki immunitet zəifləyir.

Ət, ilk növbədə, amin turşuları, B qrup vitaminlərinin mənbəyidir. B12 və B9 vitaminləri ürək, beyin və sinirlərə vacibdir.

Həkim ətin toyuq və balıqla əvəz edilməsini səhv hesab edir. Bildirir ki, onlar əti tam əvəz etmir. Bu ət növlərin­də dəmir və B 12, demək olar, yoxdur. Lakin ət gündəlik qida deyil, həftədə 2–3 dəfə, hər qəbulda 100–150 qram yetərlidir. Ən faydalısı yağsız mal ətidir ki, mütləq qaynadılıb yeyilməlidir. 

Gündəlik zülal tələbatını digər hey­vani və bitki qidalarından da almaq la­zımdır.

Amma ət və sümük bulyonları ilə ehtiyatlı olmaq lazımdır. Onlar podaqra və böyrək daşını artıra bilər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat