22 min seçici doğma yurdunda səs verir

post-img

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu fikirləri növbədənkənar prezident seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının Baş Katibi Can Minin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. 

MSK sədri seçkilərdə mübarizə apa­racaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün ya­radılmış şərait barədə qonaqlara geniş məlumat verib.

M. Pənahov ilk dəfə olaraq seçkilərin azad edilmiş ərazilərimizdə də keçiriləcə­yini diqqətə çatdırıb. O qeyd edib ki, 22 mindən çox seçici həmin ərazilərdə ya­radılmış 26 məntəqədə səs verəcəklər. Həmçinin 3 təşkilat seçkilərdə “exit-poll” keçirmək üçün müraciət edib, onlardan biri ABŞ-ın “Oracle Advisory Group” təş­kilatıdır.

O bildirib ki, seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn re­jimdə izləmək mümkün olacaq.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş Katibi Can Min Azərbaycanda seçki prosesini müşahidə etməkdən məmnun olduqlarını bildirib. Baş katib seçkiləri iz­ləmək üçün onlara yaradılan imkana görə təşəkkürünü ifadə edib. O, seçki prose­sində qanunvericiliyin tələblərinə riayət edilməsinin, şəffaflığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Əliqismət BƏDƏLOV 
XQ 

Son xəbərlər