TDT missiyası Qarabağ və Şərqi Zəngəzurdadır

post-img

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb. 

TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlət­lərin Mərkəzi Seçki komissiyalarının nü­mayəndələri və TDT ölkələrinin mütəxəs­sisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüşləri nəzərdə tutulub.

TDT-nin müşahidəçiləri Azərbayca­nın işğaldan azad edilmiş ərazilərində də seçkiləri izləyəcəklər.

Əliqismət BƏDƏLOV 
XQ 

Son xəbərlər