Bu gün Azərbaycan xalqı növbəti seçimini gerçəkləşdirir

post-img

Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar 6 min 537 seçki məntəqəsində səs verəcəklər.

Azərbaycanda ilk dəfə olaraq seçkilər işğaldan azad edilmiş ərazilərimizdə də keçirilir. Həmin ərazilərdə 26 seçki məntəqəsi ya­radıb. 22 mindən çox seçici həmin ərazilərdə yaradılmış məntəqələr­də səs verəcək. Seçkilərdə şəffaf­lığın təmin edilməsi ilə bağlı 119 dairə üzrə 1 000 seçki məntəqəsin­də veb-kamera quraşdırılıb. Saat 07:30-dan gün ərzində bütün pro­seslər başa çatana qədər veb-ka­meralar işləyəcək.

Prezident seçkilərini izləmək üçün 90 min 372 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 5405-i MSK, qalanı isə dairə seçki komissiyalarında qeydiyyatdan ke­çib. Seçki prosesini akkreditasiyadan keçən 89 ölkədən 790 beynəlxalq mü­şahidəçi izləyəcək. Onlar 72 beynəlxalq təşkilatı təmsil edir. 

Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə səsvermə üçün hazır vəziyyətdədir. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb. Bu məntəqələr­də artıq 23 minə yaxın seçici siyahıya alı­nıb. Müşahidəçilərdən siyasi partiyaların nümayəndələri də var. 14 siyasi partiya namizədi olmamasına baxmayaraq, mü­şahidəçi kimi özlərinin tərəfdarlarını pro­sesə cəlb ediblər. 

Ümumi müşahidəçilərin 50 mindən çoxu məhz 19 siyasi partiyanın nümayən­dələridir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən təxminən 83 qeyri-hö­kumət təşkilatı da müşahidələr aparacaq.

Dünyanın aparıcı media qurumları “Associated Press”, “BBC”, “Al Jazeera”, “Kyodo” kimi agentliklər də daxil olmaq­la, seçkilərdə ümumilikdə 109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Əliqismət BƏDƏLOV 
XQ 

Son xəbərlər