Naxçıvanda 310 məntəqə 278 mindən çox seçicinin üzünə açıqdır

post-img

Fevralın 7-də növbədənkənar prezident seçkilərində səsvermə üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə, ümumilikdə, 278 mindən çox seçici qeydə alınıb.

Muxtar respublikada seçki dairələri üzrə ən çox seçici sayı 2 saylı Şərur-Kən­gərli Seçki Dairəsi üzrə (47 min 224 nəfər) qeydə alınıb.

2020-ci il 10 fevral tarixindən 2024-cü il 7 fevral tarixinə qədər ilk dəfə səs verə­cək şəxslərin sayı 17 min 514 nəfər təşkil edir. Həmçinin səsvermə günü daxil ol­maqla bu il yanvarın 1-dən fevralın 7-dək yaşı 18-i tamamlamış şəxslərin sayı 525 nəfərdir.

Yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir. Naxçıvanda 278 mindən çox seçici qeydiyyata alınıb. Secki-2024.az saytı xəbər verir ki, muxtar respublika­da seçkiqabağı hazırlıq işləri yekunlaşıb. Məntəqələrin hər birində bütün lazımi hazırlıq işləri başa çatdırılıb. Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 6 Dairə Seçki Komissiyası üzrə 310 seçki məntəqəsi mövcuddur. Onlardan 16-sı qapalı məntəqə kimi fəaliyyət göstərə­cək. Bütün seçki məntəqələrində seçi­cilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür.

Əliqismət BƏDƏLOV 
XQ 

Son xəbərlər