Azərbaycanda prezident seçkiləri dünya mediasında

post-img

Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində dünyanın aparıcı mediasında geniş analitik məqalələr dərc edib.

Malayziyanın geniş oxucu kütləsinə malik “New Straits Time” nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyi­ni tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixi­nin yeni mərhələsinə başla­maq ərəfəsində olduğu qeyd edilib. “Azərbaycanın yeni regional reallıq yaratması, öz ərazilərində suverenliyini, hüququn aliliyini bərpa etmə­si bəzi beynəlxalq gücləri çox narahat edib. Bu kontekstdə AŞPA-nın Bakıya təzyiqini mi­sal çəkmək olar. Qələbədən sonra gələcəyə daha inamla baxan Azərbaycan xalqı iq­tisadi, sosial sahələrdə əldə olunmuş müvəffəqiyyətləri möhkəmləndirmək, Silahlı Qüvvələrin qüdrətini artırmaq üçün dövlətçiliyə olan sədaqə­tini bir daha nümayiş etdirə­cək”.

Estoniyanın “Riigiko­gu” nəşrində dərc olunmuş məqalədə bu ölkənin ATƏT DTİHB-nin müşahidə missi­yasının tərkibinə daxil olan nümayəndəsi Heljo Pikhofun Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı ilk təəssüratı, Türkiyənin Anadolu agentliyinin saytında dərc edilmiş məqalədə Azər­baycanda növbədənkənar prezident seçkilərinə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığı, Rusiyanın TASS agentliyi, Birinci telekanalı və “Mir” telekanalının saytlarında da Azərbaycanda keçiriləcək növbədənkənar prezident seç­kiləri ərəfəsində geniş analitik məqalələr yer alıb.

İordaniyanın “The Jordan Times” qəzetində və “Assasu­ana” portalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağ­lı dərc olunmuş məqalələr­də bu ölkənin parlamentinin aşağı palatası və Senatının nümayəndələrinin seçkilərdə müşahidəçi qismində iştirak etdikləri vurğulanıb. Qazaxıs­tanın “Kazinform” agentliyinin saytında da prezident seç­kiləri ilə bağlı analitik məqalə dərc edilib.

Əliqismət BƏDƏLOV 
XQ 

Son xəbərlər