Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının üzvləri MSK-da

post-img

Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

M.Pənahov ölkəmizdə 6,5 milyona qədər seçicinin qeydə alındığını, onların 6537 məntəqədə səs verəcəyini bildirib. O, həmçinin 1000 məntəqədə veb-kame­raların quraşdırıldığını və bunun bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini qonaqların diqqətinə çatdıran M.Pənahov qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. Bildirib ki, Xocalı, Xankəndi, Şuşa və digər ərazilər­də səsvermə üçün bütün imkanlar yara­dılıb.

Belarus və Rusiya İttifaqının Parla­ment Assambleyasının sədri Viktor Se­liverstov prezident seçkilərinin ciddi və məsuliyyətli proses olduğunu diqqətə çat­dıraraq deyib: “Mən Moldovada, Qazaxıs­tanda, Qırğızıstanda seçkiləri müşahidə etmişəm. Bizim məqsədimiz seçkilərin şəffaf keçrilməsində ölkənizə dəstək ol­maqdır”, – deyə o qeyd edib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər